Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən III növbədənkənar sessiyasında qurumun Baş katibi seçilib.
Bu barədə Newscenter.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv dörd ölkə - Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb.
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxışında ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.
Mehman Mehdiyev