RU

Avropada Ukraynanın bərpası üçün fond yaradılır | VİDEO

AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevə yardım üzrə Romada keçirilən konfransda belə məlumat açıqlayıb.

“Mən İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birlikdə yaratdığımız Ukraynanın bərpası üçün Avropa fondunun yaradılmasını elan etməyə hazıram”, - AK sədri bildirib.

Onun sözlərinə görə, Ukraynanın qrantlar və kredit zəmanətləri hesabına 10 milyard avroya yaxın özəl investisiya cəlb edəcəyi gözlənilir. Ursula fon der Lyayen Ukrayna iqtisadiyyatına sərmayə qoymağın zərurili olduğunu vurğulayıb.

Kelloq: “Ukrayna üçün Marşall planı olmalıdır”| VİDEO
Bundan əvvəl “Euractiv” portalı yazmışdı ki, Aİ-nin Ukrayna Silahlı qüvvələrinə (USQ) uzunmüddətli dəstək vermək imkanlarının getdikcə məhdudlaşdığını, bu səbəbdən də qarşıdakı ayların Kiyev üçün ən gərgin dövlər arasında olacağını yazmışdı.

Portal Avropanın Ukraynanı dəstəkləmək imkanlarının məhdud olması ilə yanaşı, ABŞ-nin Kiyevə maliyyə dəstəyinin də Co Baydenin prezidentliyi dövründəki səviyyəyə qayıtmasının inandırıcı olmadığına diqqət çəkmişdi.

Bununla belə, ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanın bərpası ilə bağlı Romada keçirilən konfransda bildirib ki, Kiyevin müttəfiqləri yeni Marşall planı hazırlamaqla bu ölkənin yenidən qurulmasına kömək etməlidir.


Sahil İsgəndərov
AzVision.az
Избранный
138
36
azvision.az

10Источники