RU

“Mançester Yunayted” yeni müqavilə imzaladığı futbolçunu İsveçrə klubuna icarəyə verib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyul, AZƏRTAC

İngiltərə təmsilçisi “Mançester Yunayted” heyətinə gənc futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Fransa “Havr”ının gənclər komandasında çıxış edən 18 yaşlı hücumçu Enzo Kan-Biyikin transferini rəsmiləşdirib.

Fransalı oyunçu ilə 2030-cü ilin yayınadək müqavilə imzalanıb.

O, növbəti mövsümü icarə əsasında İsveçrənin “Lozanna” komandasında keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
35
azertag.az

10Источники