RU

Biz rus bölməsinə məcbur qalıb belə müəllimləri işə götürürük Nazirdən AÇIQLAMA

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələrinin bağlanması bu gün gündəmdə deyiil.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.

Nazir dolaysı ilə rus bölmələrində təhsilin keyfiyyətinin aşağı olmasının səbəbinə də toxunub. 

“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
hurriyyet.az

10Источники