RU

İlham Əliyevlə Nikol Paşinyan arasında görüş davam edir - YENİLƏNİB 1

İlham
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş dörd saatdan çoxdur ki, davam edir. 1news.az xəbər verir ki, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, daha sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək formatda davam edib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra danışıqlar davam etdirilib. 12:04 İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib. 09:20 Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Избранный
36
2
1news.az

10Источники