"Bakıda növbədə 20 mindən çox valideyn var ki, bağçada yer gözləyir, amma yer yoxdur".
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, burada tələb təklifi üstələyir.
“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur. 6 aya 40 bağça direktorunu işdən çıxarmışıq, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət vermişik”, - nazir əlavə edib.