RU

Əliyev-Paşinyan görüşü fasilədən sonra davam edir - YENİLƏNİB » AzadMedia.az


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

APA-nın məlumatına görə, görüş fasilədən sonra davam edəcək.

***

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.

Modern.az xəbər verir ki, görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

Daha sonra hər iki tərəfin nümayəndə heyətləri zalı tərk ediblər.

Hazırda görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formatda davam edir.
Избранный
17
31
azadmedia.az

10Источники