Elm və təhsil naziri Emin Əmrullayev: “Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil.
Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”