RU

Bu ölkədən NATO-ya TƏHDİT- Hava limanını BAĞLAYACAQ

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Duda NATO-nu Ukraynaya hərbi yardımın çatdırılması üçün əsas logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib. O, bunu Otvarta Konserva, Klub Yaqellonski və Nowy Laaddan olan jurnalistlərə müsahibəsində deyib.  Duda qeyd edib ki, Ukraynaya yardımın Polşa ərazisi vasitəsilə çatdırılması qərarının verildiyi “çox mühüm beynəlxalq qurumlara” dəvət olunmayıb. "Hesab edirəm ki, həm ukraynalılar, həm də müttəfiqlərimiz sadəcə olaraq Rzeşovdakı hava limanının və bizim magistrallarımızın onlara məxsus olduğunu düşünürlər. Bu, onların deyil, bizimdir", - o deyib.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizinin alyansın daxili dənizinə çevrildiyini bildirib. Qeyd olunur ki, o, bu bəyanatı sahilyanı yerüstü müşahidə radarlarının tədarükünə dair müqavilə imzalayarkən verib.

Избранный
14
Ajans.az

1Источники