Bakı. Trend:
Amerikalı milyarder İlon Mask “Grok 4” süni intellekti əsasındaişləyən çat-botun yeni versiyasının istifadəyə verildiyini elanedib.
Trend xəbər verirki, bu barədə o “X“ səhifəsində yazıb.
Maskın iddiasına görə, bu, hazırda dünyanın ən qabaqcıl süniintellektidir.
“Süni intellekt sahəsindəki tərəqqini izləmək son dərəcəmaraqlıdır. Mən bunu insan inkişafı, onu necə tez öyrənməsi, özünüdaha yaxşı dərk etməyə başlaması ilə müqayisə edərdim. Süniİntellekt instənilən insandan daha tez inkişaf edir”, - deyə Maskbildirib.
Qeyd edək ki, Mask 2023-cü ilin aprel ayında süni intellektinhazırlanması ilə məşğul olan "xAI" startapının əsasını qoyub. Birneçə aydan sonra şirkət artıq “Grok” əsaslı ilk süni intellektçat-botunu təqdim edib.