RU

Ermənistanda deputat Qeqam Manukyanın oğlu saxlanılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyul, AZƏRTAC

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyanın oğlunu saxlayıblar.

AZƏRTAC xəbər verir ki, deputatın fraksiya üzrə həmkarı Kristine Vardanyan bu barədə özünün sosial media hesabında yazıb.

“Milli Təhlükəsizlik Xidməti qanunsuz olaraq Qeqam Manukyanın telefonunu ələ keçirib və oğlu Taron Manukyanı saxlayıb”, - deyə Kristine Vardanyan bildirib.

O, həmçinin “Daşnaksütyun” şəhər komitəsinin üzvü Arsen Martoyanın saxlanıldığı və partiya üzvlərinin evlərində axtarış aparıldığı barədə məlumat yayıb. Onun sözlərinə görə, “Daşnaksütyun” partiyasının ali orqanının üzvləri və “Ermənistan” fraksiyasının deputatları da daxil olmaqla saxlanılan şəxslər İrəvan İstintaq İdarəsinə aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
5
azertag.az

7Источники