Beynəlxalq tərəfdaşlar Ukraynaya “Marşal Planı” hazırlamaqla onun bərpasına kömək etməlidir.
Herbiand.az “Ukrinform”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
O bununla bağlı İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Avropa üçün Marşal Planını necə tətbiq etməsini misal çəkib: “Biz eyni şeyi Ukrayna üçün də etməliyik. Ancaq mən xəbərdarlıq edirəm ki, bu çox çətin olacaq”.
Onun fikrincə, ilk növbədə atəşkəsə nail olmaq lazımdır: “Keçmiş hərbçi kimi, hazırda Ukraynada gördüyünüz zorakılığın səviyyəsini başa düşmək mənim üçün çətindir. Bir milyondan çox əsgər itirdiyiniz zaman bu, sənaye miqyasında qətldir”.
Kelloqq qeyd edib ki, Ukrayna atəşkəslə razılaşıb, lakin bu, birtərəfli razılaşma olub. O, həmçinin, Rusiya Federasiyasına qanunsuz aparılan uşaqların vətənlərinə qaytarılmasının vacibliyini vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ