Ermənistanın hüquq-mühafizə orqanları "Daşnaksütyun" partiyasının gənclər təşkilatının nümayəndələrinin mənzillərində axtarış aparıblar.
Bu barədə "Sputnik Ermənistan"a müxalif "Ermənistan" fraksiyasının üzvü Artur Xaçatryan məlumat verib.
O qeyd edib ki, axtarışdan sonra "Daşnaksütyun" partiyasının gənclər təşkilatının bəzi üzvləri Ermənistan İstintaq Komitəsinin İrəvanda yerləşən idarəsində aparılıblar.
11:08
Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin müxalif "Ermənistan" fraksiyasından olan Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyanın mənzilində axtarışlar aparıb.
Moderator.az buu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Geqam Manukyanın evində axtarışlar aparıb, daha sonra onun oğlu Taron Manukyanı saxlayıblar.
Qeyd edək ki, Q.Manukyan ötən gün məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
