RU

Nazir səs yazısı yayılan direktorlarla bağlı danışdı

Pis xəbərlərin daha sürətlə yayıldığını vurğulayan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, yayılan 10 xəbərdən 7-si neqativ xarakter daşıyır.

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazir səsi yazılan məktəb direktorları ilə bağlı məsələyə də münasibət bildirib: “Onların heç birini müdafiə etmirik. Davranışları, ən azı, qeyri-etikdir. Amma qanunvericiliyə əsasən yalnız səs yazısına əsaslanaraq kiminsə işinə xitam verə bilmərik. Buna görə də həmin direktorlarla bağlı bu cür addım atılmayıb”.

Nazir əlavə edib ki, bütün direktorların pis olması mümkün deyil: “Pis olanların sayı təxminən 1 faiz civarındadır”.

Избранный
41
azedu.az

1Источники