RU

Paşinyan “daşnakları” da həbs etdirir Partiya rəhbərliyində həbslər və axtarışlar aparılır

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanda hökumətlə kilsə arasında yaşanan qarşıdurma müxalif siyasi partiyalara da sıçrayıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, qatı millətçi Daşnaksütyun Partiyasında həbslər başlayıb.

Partiyadan olan deputat İşxan Saqatelyanın verdiyi məlumata görə, Daşnaksütyunun bəzi nümayəndələrinin evlərində axtarışlar aparılır, partiyanın İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyan isə saxlanılıb.

O cümlədən, “Ermənistan” müxalifət fraksiyasının deputatı Qeqam Manukyanın və Daşnaksütyun ali orqanının aparat rəhbəri Vaaqn Matinyanın evində axtarışlar aparılır. Manukyan mediaya bildirib ki, axtarışlar onun fəaliyyəti ilə deyil, oğlunun işi ilə bağlı olub, lakin təfərrüatları açıqlamayıb. Sonradan məlum olub ki, Manukyanın oğlu Taron saxlanılıb.

İyulun 9-da “Ermənistan” fraksiyasının digər deputatı Artur Sarkisyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 43-308 və 43-419-cu (terror aktının hazırlanması və hakimiyyətin ələ keçirilməsinə hazırlıq) maddələri ilə ittiham olunur. “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və katib Artsvik Minasyana qarşı da cinayət işi başlanıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
azpolitika.info

1Источники