RU

Daşqınlar səbəbindən ölənlərin sayı 119-a çatdı

ABŞ-nin Texas ştatında iyulun 4-də yağan güclü leysan nəticəsində baş verən daşqınlarda 119 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin 95-i Kerr qraflığında qeydə alınıb, onların 36-sı uşaqdır.

Qvadalupe çayının daşması bölgədə genişmiqyaslı dağıntılara səbəb olub. Hazırda təxminən 50 min nəfərin yaşadığı ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Texas qubernatoru bütün resursların səfərbər edildiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp Kerr qraflığını fəlakət bölgəsi elan edib. Yerli rəsmilər isə Milli Hava Xidmətini vaxtında xəbərdarlıq etmədiyinə görə tənqid ediblər.

Избранный
12
manset.az

1Источники