RU

Darısqal küçələrdə təcili yardımın yolunu belə kəsirlər REAL VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı şəhərində dar və işıqsız küçələrdə park edilmiş avtomobillər təcili tibbi yardım maşınlarının hərəkətini çətinləşdirir. Xüsusilə gecə saatlarında bu problem daha da kəskinləşir. Nəticədə, təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə vaxtında yardım göstərilməsi təhlükə altına düşür.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı təcili yardım maşınının sürücüsü bildirib ki, bəzən çağırış edilən ünvandan xəstə götürmək üçün məhz binanın qarşısına qədər yaxınlaşmaq zəruri olur. Lakin vətəndaşların səhlənkarlığı səbəbindən bu, hər zaman mümkün olmur:

“Biz xəstə götürmək üçün ünvana gedəndə məcbur oluram evin, blokun qarşısına qədər girim. Ancaq görürəm ki, qarşıda maşın saxlanılıb. Gecə vaxtı da heç kimi yuxudan oyadıb maşını tərpətmək mümkün olmur. Bu isə bizi ciddi şəkildə gecikdirir”.

Ambulans sürücüləri və tibb heyəti bu cür halların sadəcə onların işini deyil, insanların həyatını təhlükəyə atdığını bildirirlər. Hər dəqiqənin önəmli olduğu tibbi müdaxilə zamanı belə maneələr ölüm və ya ağırlaşmalarla nəticələnə bilər.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
avtosfer.az

1Источники