RU

Şüvəlanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Şüvəlanda

Şüvəlan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
6
49
1news.az

10Источники