RU

Qarşıdan maşının gəldiyini görsə də əks yola çıxıb ötmə etdi VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötmə qaydasını pozan sürücü yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 12-də Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, İlqar Abdullayev küçəsilə hərəkət edən 10-XJ-986 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qarşıdan nəqliyyat vasitələrinin gəldiyini görsə də ötmə əməliyyatı etməyə başlayıb.

Görüntünü qeydə alan sürücü sağa manevr edərək təhlükədən yayınmağa çalışıb.

"Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsində qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
avtosfer.az

1Источники