Bakı. Trend:
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək elektrikstansiyasının istismara verilməsi məsələsi müzakirə edilib.
Trend xəbərverir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosialşəbəkə hesabında paylaşım edib.
"Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri,şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik.Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri -Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri iləkarbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrikstansiyasının istismara verilməsi, dənizdə 3,5 QVt-lıq küləkenerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələrapardıq", - deyə paylaşımda qeyd edilib.