RU

Kelloq: Ukraynaya öz Marşal Planı lazımdır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi, Kit Kelloq, Ukraynanın müharibədən sonra bərpa olunması üçün beynəlxalq tərəfdaşların ona kömək etməli olduğunu və bunun üçün "Marşal Planı"na bənzər bir strategiyanın hazırlanmasının vacib olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Kelloq ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Avropa üçün tətbiq etdiyi "Marşal Planı"nı nümunə göstərərək, beynəlxalq tərəfdaşların Ukraynaya bərpa olunma prosesində dəstək verməli olduğunu vurğulayıb.

"Biz Ukrayna üçün də eyni şeyi etməliyik", - deyə Kelloq qeyd edib və bunun çox çətin olacağını bildirib.

O deyib ki, əvvəlcə atəşkəs əldə olunmalıdır. "Keçmiş bir əsgər olaraq, mənim üçün Ukraynadakı bu qədər zorakılığı anlamaq çətindir. Bir milyondan çox əsgər itirmək, bu, sənaye miqyasında bərpası ağır olcaq nəticədir", - deyə Kelloq bildirib.

Kellog, həmçinin, Rusiya tərəfindən qanunsuz olaraq ölkədən çıxarılan ukraynalı uşaqların vətənə qaytarılması məsələsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu mövzu ABŞ prezidenti Donald Tramp üçün xüsusilə önəmlidir. Kellog, Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarında bu məsələnin müzakirə olunmasının vacib olduğunu israrla bildirdiyini və Zelenskinin bununla razılaşdığını açıqlayıb.

Son vaxtlar ABŞ Dövlət Departamenti, ABŞ-ın Ukraynaya hərbi kömək göstərməyə davam edib etməyəcəyi ilə bağlı suala cavab verib. Departament bu günə qədər ABŞ-ın Ukraynanın ən böyük beynəlxalq köməkçisi olduğunu vurğulayıb.

Dövlət Departamenti, silah tədarükündəki son fasilənin ABŞ-ın Ukraynaya dəstəyində yanaşma dəyişdirmək kimi qiymətləndirilməməli olduğunu bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
bizimyol.info

1Источники