RU

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhərində

Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi çərçivəsində Xankəndidə keçirilən xüsusi sessiyanın iştirakçıları Azərbaycan tarixinin və mədəniyyətinin mübarizlik rəmzinə sayılan Şuşa şəhərinə səfər ediblər.

Nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. 376 keçmiş məcburi köçkün ailəsi doğma şəhərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıb.

Merdinli məhəlləsinə gələn nümayəndə heyətinə məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları - XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. XIX əsrdə inşa edilən “Şirin su” hamamı və məşhur tarzən Sadıqcanın evi də Merdinli məhəlləsindədir.

Diplomatlar Aşağı Gövhər Ağa məscidinə gəliblər. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. Nümayəndə heyəti Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olub.

Sonda Cıdır düzünə gələn diplomatik xidmət orqanlarının rəhbərləri buradan açılan təbiət mənzərəsini seyr ediblər.

XQ

Избранный
20
7
xalqqazeti.az

9Источники