“Gəncə” voleybol klubu yeni fiziki məşqçi ilə müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis Yulian Karlos Qiraldeslə bir mövsümlük müqavilə bağlanıb.
Mütəxəssis Argentinanın “Gimnasia y Esgrima La Plata” və “Estudiantes de La Plata” komandalarında çalışıb.