RU

Bakının bəzi yollarında sıxlıq var

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Избранный
3
49
operativmm.az

10Источники