RU

Rusiyanın hücumu nəticəsində 10-dan çox Kiyev sakini xəsarət alıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə qarşı dronlar və raketlərdən istifadə edilməklə hücumu nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"İnsanlar tibbi yardım üçün müraciət etməyə davam edirlər. Təəssüf ki, artıq 12 yaralı var", - deyə o "Telegram"da edib.

Şəhərin meri Vitali Kliçko dəqiqləşdirib ki, doqquz nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə yerində yardım göstərilib.

Şəhər administrasiyasının məlumatına görə, Ukraynanın paytaxtının Şevçenkovski, Darnitski, Solomenski, Qoloseevski, Podolski, Obolonski rayonlarında zərbələr qeydə alınıb.

Избранный
23
3
report.az

4Источники