RU

ABŞ-da Reynir vulkanı ətrafında yeraltı təkanlar artır

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatında yerləşən Reynir vulkanı ərazisindəqeyri-adi sayda yeraltı təkanlar qeydə alınıb.

Trend-in New YorkPost qəzetinə istinadən verdiyi məlumata görə, ərazidə adətən ayərzində təxminən doqquz zəlzələ müşahidə olunur, lakin son günləryüzlərlə kiçik təkan baş verib.

Zəlzələlər gecə saatlarında başlayıb və dəqiqədə bir neçə dəfəbaş verməsi müşahidə edilib. Onların ocaqları Reynir dağınınzirvəsindən 1,9-dan 6 kilometrədək dərinlikdə yerləşir.

Buna baxmayaraq, alimlər narahatlığa əsas olmadığını bildirərək,Reynir vulkanı üçün təhlükə səviyyəsinin və rəngli xəbərdarlıqkodunun əvvəlki kimi qaldığını açıqlayıblar. Təkanların aktivvulkanik fəaliyyətə işarə etmədiyi vurğulanıb.

Избранный
92
1
az.trend.az

2Источники