RU

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

 

Bakı, 10 iyul, AZƏRTAC

Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun apardığı araşdırma dərin emal olunmuş qidaların, xüsusilə emal edilmiş ət, şirinləşdirilmiş içkilər və trans yağ turşularının normativ hədlərdə belə istehlakının xroniki xəstəlik risklərini artırdığını ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, tədqiqat “Nature Medicine” jurnalında “Emal edilmiş ət, şəkərlə şirinləşdirilmiş içkilər və trans yağ turşularının istehlakı ilə əlaqəli sağlamlıq təsirləri: Sübut yükü araşdırması” başlığı ilə dərc olunub. Tədqiqatçılar metareqressiya metodundan istifadə edərək müxtəlif qida kateqoriyalarının 2-ci tip diabet, ürəyin işemik xəstəliyi (ÜİX) və kolorektal xərçəng riskinə təsirini qiymətləndiriblər. Əldə olunan nəticələrə görə, gündə cəmi 50 qram işlənmiş ət istehlakı diabet riskini 30 faiz, kolorektal xərçəng riskini 26 faiz və ÜİX riskini 15 faiz artırır. Eyni zamanda, gündə 250 qram şəkərlə şirinləşdirilmiş içki qəbul edənlərdə 2-ci tip diabet riski 20 faiz, ÜİX riski isə 7 faiz yüksək qiymətləndirilib. Trans yağ turşuları gündəlik enerji qəbulunun cəmi 1 faizini təşkil etdiyi hallarda belə, ürək-damar xəstəliklərinin nisbi riski 11 faiz artır. Araşdırma nəticələrinə əsasən, risk səviyyəsi qəbul miqdarından asılı olmayaraq davamlı şəkildə yüksəlir və ən ciddi artımlar nisbətən aşağı gündəlik istehlak səviyyələrində müşahidə olunur.

 

 

 

Избранный
43
1
azertag.az

2Источники