RU

Vaşinqtonda Reynir vulkanı yaxınlığında sirli seysmik aktivlik: Bir gecədə yüzlərlə zəlzələ oldu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Vaşinqton ştatında yerləşən Reynir vulkanı ərazisində yüzlərlə kiçik yeraltı təkan müşahidə olunub. Halbuki adətən ərazidə ay ərzində doqquz zəlzələ qeydə alınır.

Oxu.Az bu barədə "New York Post"a istinadla xəbər verir.

Məlumata əsasən, təkanlar gecə saatlarında başlayıb və dəqiqədə bir neçə dəfə baş verib. Zəlzələlərin ocaqları Reynir dağının zirvəsindən təqribən 1,9-6 km dərinlikdə yerləşib.

Bununla belə alimlər narahat olmamağa çağırıblar və Reynir dağı üçün təhlükə səviyyəsinin, həmçinin rəngli xəbərdarlıq kodunun əvvəlki kimi qaldığını açıqlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
104
4
oxu.az

4Источники