RU

Trampın yeni kəşfi: Liberiyada ingilis dili danışırlar!

“Bu qədər gözəl ingilis dili üçün sizə təşəkkür edirəm. Siz bu qədər gözəl danışmağı harada öyrənmisiniz? Harada təhsil almısınız? Liberiyada? Çox maraqlıdır. Və sizdə əla ingilis dili var. Mənim ətrafımda bu masada oturan elə adamlar var ki, heç yaxın belə danışa bilmirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Tramp tərəfindən Liberiya Prezidenti Cozef Boakayla görüşü zamanı səslənib...

The Washington Post xatırladır ki, ingilis dili Liberiyanın rəsmi dilidir. Bu ölkə 1822-ci ildə Amerika Kolonizasiya Cəmiyyətinin təşəbbüsü ilə Afrikaya köçürülmüş keçmiş afroamerikalı qullar və azad doğulmuş şəxslər tərəfindən qurulub. Liberiya 1847-ci ildə müstəqilliyini elan edib.

 

Musavat.com

Избранный
36
3
musavat.com

10Источники