Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" yoxlama matçı keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Ankara Keçiörengücü" ilə üz-üzə gəlib.
Matç Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin qollarını yeni transferlər Brahim Konate (13) və Abdul Aziz Batibite (84) vurub.
"Zirə" daha əvvəl "Qarabağ"a yoxlama matçında 0:4 uduzmuşdu.