RU

ABŞ Braziliya mallarına 50 faiz rüsum tətbiq edəcək

ABŞ 1 avqust 2025-ci ildən etibarən Braziliyadan gələn bütün mallara 50 faizlik idxal rüsumu tətbiq edəcək.

Bakues.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

“1 avqust 2025-ci ildən etibarən biz Braziliyadan Amerika Birləşmiş Ştatlarına göndərilən bütün mallara bütün sektoral rüsumlardan əlavə 50 faiz rüsum tətbiq edəcəyik”, – o yazıb.

Daha əvvəl Tramp 12 ölkəyə 1 avqust 2025-ci ildən etibarən 25%-dən 40%-dək yeni idxal rüsumlarının tətbiq ediləcəyi barədə məlumat verib.

Избранный
37
7
icma.az

8Источники