Karlos Teves “Telleresi” klubunun baş məşqçisi təyin edilib.
Publika.az xəbər verir ki, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” un 41 yaşlı sabiq forvardı Argentina klubunun baş məşqçisi postunda Dieqo Kokkanı əvəzləyib.
Teves daha əvvəl 2022-ci ildə “Rosario Central” , 2023-24-cü illərdə isə “İndependiente”nin baş məşqçisi olub.