Yəməndə sabitliyin daha da pozulmasının qarşısını almaq üçün ölkə regional böhranlara cəlb edilməməlidir. Metbuat.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Yəməndəki hadisələr müzakirə edilib. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yaxın Şərqin son dərəcə təlatümlü dövrdən keçdiyini bəyan edərək, İran və İsrail arasında atəşkəsin diplomatiyanı canlandıra biləcəyini bildirib. Qrundberq bəyan edib ki, hərbi variant Yəməndəki böhranı daha da gərginləşdirəcək. BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletcher bildirib ki, Yəmən xalqının sabitliyi üçün böhran diplomatiya ilə həll edilməlidir.