RU

Masallı rayonundan olan güləşçi Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində keçirilən sərbəst güləş üzrə U20 Avropa çempionatında Masallı rayonundan olan qadın güləşçimiz Ruzanna Məmmədova növbəti uğura imza atıb.

Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna  Avropa çempionu adını qazanıb.

Ölkə millisinin  üzvü R.Məmmədova çexiyalı Tereza Mraçkovaya, belaruslu Karina Fişçuka (UWW) qalib gələrək yarımfinala, rusiyalı Yekaterina Radışevaya 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə almaniyalı Leoni Steyqertlə tatami üstünə çıxan  Ruzanna rəqibini məğlub edə bilib. 4:3 hesablı qələbə onu   fəxri kürsünün ən yüksək pilləsinə qaldırıb.

Onu da  bildirək ki, 19 yaşlı idmançı qızımız  dəfələrlə Avropa, dünya çempionatlarının, beynəlxalq turnirlərin mükafatçısı, eləcə də dünya (U17) və üçqat Avropa (U17, U20, U20) çempionu  olub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
21
ikisahil.az

1Источники