Beynəlxalq kredit reytinqi agentliyi olan “Moody's Ratings” “Bank of Baku” ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit üzrə reytinqlərini B1 səviyyəsində təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu reytinqlər üzrə proqnoz “stabil” olaraq qalır. Bununla yanaşı, “Moody's” Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B1 səviyyəsində təsdiqləyib.
Qeyd edilib ki, Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsinin (BCA) B1 səviyyəsində təsdiqlənməsi bankın son illərdə aktiv keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdığını əks etdirir.
“Moody's Ratings” vurğulayıb ki, son illər ərzində “Bank of Baku” risklərin idarə edilməsini əhəmiyyətli dərəcədə gücləndirib və anderraytinq standartlarını sərtləşdirib. “Bank of Baku”nun portfelində problemli kreditlərinin payı son illərdə azalaraq 2020-ci ilin sonundakı 8%-dən 2024-cü ilin sonunda 2,6%-ə düşüb.
Bankın B1 uzunmüddətli depozit reytinqləri bankın BCA-sının B1 səviyyəsinə əsaslanır. “Bank of Baku”nın uzunmüddətli depozit reytinqləri üzrə “sabit” proqnoz, bankın növbəti 12-18 ay ərzində möhkəm kredit göstəricilərini saxlayacağına dair gözləntiləri əks etdirir.