RU

Bolqarıstanda növbəti qızıl medal

BAKI. 9 iyul. TELEQRAF

Azərbaycan təmsilçisi Maqsud Tahirli Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunda daha bir nailiyyətə imza atıb.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ikinci yarış günündə D qrupunda mübarizə aparan yeniyetmələrdən ibarət milli komanda üzvü 3 metrlik tramplindən tullanışda bütün rəqiblərini üstələyib.

Nəticədə o, ikinci qızıl medal qazanıb.

Qeyd edək ki, yarışda 11 ölkənin 160-dan çox yeniyetmə idmançısı iştirak edir.

Избранный
52
1
teleqraf.com

3Источники