Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
Operativ Media xəbər verir ki, Paşinyan görüş barədə sosial şəbəkədə paylaşım edərək bildirib ki, əsas müzakirə mövzuları ticarət, investisiya və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi olub.
O, qeyd edib ki, Ermənistan BƏƏ ilə tərəfdaşlığı yüksək qiymətləndirir və ortaq hədəflərin irəlilədilməsi istiqamətində sadiqliyini davam etdirir.