ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
“X” platformasının baş direktoru Linda Yakkarino istefa verib.
Metbuat.az xəbər verir ki, bu barədə o “X” hesabında paylaşım edib. Yakkarino etimada görə, İlon Maska təşəkkür edib. O “X” komandası ilə qürur duyduğunu ifadə edərək, onların sosial media platformasına yeniliklər gətirmək üçün yorulmadan işlədiklərini vurğulayıb.
Qeyd edək ki, Linda Yakkarino vəzifəyə iki il əvvəl təyin edilmişdi. Yakkarinonun istefasının “X” ilə inteqrasiya olunmuş süni intellekt robotu "Grok”un yersiz paylaşımlarından sonra olması diqqət çəkib. Yeniləmə ilə “Grok” çatbotunun cavablarında dəyişiklik edilib. Daha əvvəl söyüş və təhqiramiz cavablar irəli sürməyən “Grok” yeniləmədən sonra müxtəlif mövzularda yersiz paylaşımlarına görə tənqidlərə səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.