RU

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən çoxtərəfli görüşdə iştirak edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, çıxışı zamanı SXA-nın fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərlə aparılan iş haqqında məlumat verib.

Sosial xidmət sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilən tədbir zamanı Yaradıcı Mərkəzin fəaliyyətindən bəhs olunub və “Sosial xidmət haqqında” Qanuna əlavə edilmiş yeni sosial-mədəni xidmətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, uşaq evləri və ailə tipli kiçik qrup evlərinin benefisiarlarının yaradıcı mərkəzin fəaliyyətinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzularından biri olub. Bu sahədə birgə fəaliyyətin təşkili və benefisiarların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verilməsi barədə fikir mübadiləsi aparılıb.

Избранный
22
2
azerbaijan-news.az

3Источники