BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyev və Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərində görüşəcək.
İkitərəfli görüş Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində keçiriləcək. Görüşün detalları açıqlanmayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Bir müddət əvvəl Bakı və Yerevan təsdiqləyib ki, onlar sülh mətnini artıq razılaşdırıblar.
Bəs o zaman liderlər Əbu-Dabidə hansı məsələləri müzakirə edəcəklər?
Bakının sülh sazişini imzalaması üçün tələbləri var. Bu, Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə işarə edən istinadın və ATƏT-in Minsk qrupunun ləğvidir.
Yerevan bu tələbləri yerinə yetirməyə razıdı, ancaq sülh sazişi imzalanan gün Minsk qrupunun da ləğvinə imza atacağını deyib.
İki ölkə arasında indiyə kimi ortaq məxrəcə gəlinməyən bir məsələ Zəngəzur dəhlizidir. Bu məsələ sülh sazişi mətnindən çıxarılıb, amma o, arxa plana atılmayıb.
Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistan üzərindən nəzarətsiz yol istəyir, Yerevan isə yolu verməyə hazırdı, amma öz nəzarəti altında.
Əbu-Dabidə Əliyev və Paşinyan Zəngəzur dəhlizi üzrə razılığa gələ bilərlərmi?
Bu suala birbaşa "hə" cavabı vermək çətin olsa da, liderlərin bu məsələni də müzakirə edəcəyi şübhə doğurmur. Bunun siqnalını Türkiyə Prezidenti Erdoğan da verib.
O deyib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyində yumşalma var. Amma yumşalmanın nədən ibarət olduğunu Erdoğan açıqlamayıb.
İyunun əvvəlində Birləşmiş Ştatlarda mənzillənən Karnegi fondu yazıb ki, ABŞ bu marşrutun təhlükəsizliyini təmin etmək məqsədilə öz operatorunu təklif edib.
Bakı və Yerevan Karnegi fondunun bu iddiasına hələ cavab verməyib.
Əliyev və Paşinyan son dəfə mayda, Albaniyada, Avropa Siyasi Birliyinin zirvə toplantısında görüşüblər.
Video açılmırsa, Youtube kanalımızda baxın.