Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Qarşılaşma iyulun 17-də Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda keçiriləcək.