RU

“Poliisin müraciəti bəzilərinin vecinə də deyil” MƏŞQÇİ VELOSİPED SÜRÜCÜLƏRİNİ TƏNQİD ETDİ VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son həftələrdə yol polisinin moped, skuter və velosiped sürənlərlə bağlı nəzarət tədbirlərinin artması fonunda paytaxtda hələ də bəzi ikitəkərli nəqliyyat vasitəsi idarəçilərinin qaydaları pozması müşahidə edilir. Xüsusən skuter və velosiped sürənlərin qaydaları daha kobud formada pozmaları göz önündədir.

Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov da velosipedçilərin yaratdığı situasiya ilə bağlı fikirlərini bildirib. Özünün sosial şəbəkə hesabında video paylaşan məşqçi qeyd edib ki, polisin bu nəqliyyat vasitələrinin sürücülərinə müraciətinə bivec yanaşanlar hələ də var:

“Bura Nərimanov rayonudur. Polis qaydalara riayət edərək nəqliyyat vasitəsini idarə etmələrini tələb etsə də, bəzilərinin vecinə də deyil. Diqqətlə baxın, maşınların arası ilə, əks yola çıxaraq təhlükə yaratmaqla idarə edirlər. Nə qədər məsuliyyətsiz olasan ki, bax, bu formada velosiped sürəsən. mənim belə sürücülərə artıq sözüm yoxdur”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
avtosfer.az

1Источники