RU

Piyada keçidindən keçən şəxsi moped vurdu - VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib.

"Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə onlar üçün real təhlükə yaradırlar.

"Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etməsi, bu nəqliyyat vasitələrinin sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Избранный
48
30
aznews.az

10Источники