RU

PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...


MHP lideri Dövlət Baxçalının çağırışı ilə başlayan terrorsuz Türkiyə prosesi başlayır. Yaxın bir neçə gündə PKK döyüşçülərinin tərksilah olunması prosesi başlayacaq. DEM partiyasının sözçüsü Ayşegül Doğan bildirib ki, ilk olaraq bir qrup PKK döyüşçüsü iyulun 11-də Süleymaniyyə şəhərində tərksilah olunacaq.

“DEM Partiyası olaraq 11 iyul tarixində Süleymaniyyədə bir qrup PKK üzvünün iştirakı ilə keçiriləcək əsas mərasimə şahidlik etmək üçün orada olacağıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, terrorçuların lideri Abdullah Öcalan səhər saatlarında videomüraciətlə terror təşkilatına müraciət edərək, PKK-nın varlığının sona çatdığını bəyan edib.

"PKK milli-dövlət məqsədindən əl çəkdi, bu əsas hədəfindən əl çəkməklə yanaşı, öz təməl müharibə strategiyasından da əl çəkdi və mövcudluğuna son qoydu. Könüllü tərksilah və Türkiyə Böyük Millət Məclisi tərəfindən səlahiyyət və qanunla yaradılması nəzərdə tutulan hərtərəfli komissiyanın çalışması bölgədə mühüm əhəmiyyət kəsb edir.

Son zamanlar yaşanan hadisələr atdığımız bu tarixi addımın əhəmiyyətini və aktuallığını açıq şəkildə ortaya qoyur" – deyə Öcalan müraciətində bildirib.

TAHİR

Избранный
28
baki-xeber.com

1Источники