RU

AZSTAND nümayəndəsi Çex Respublikasının Texniki Komitənin iclasında iştirak edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 122 “Qablaşdırma” Texniki Komitəsinin 26-cı plenar iclasında və həmin komitənin ISO/TC 122/WG 9 “Qablaşdırma üçün əlçatan dizayn” işçi qrupunun 19-cu iclasında iştirak edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, sözügedən tədbirlər Çex Respublikasının paytaxtı Praqa şəhərində “Çex Respublikasının Standartlar, Metrologiya və Sınaq İdarəsi” (ÚNMZ) və “Texniki sahələr üzrə İnformasiya və Metrologiya Mərkəzi” (CIMTO) tərəfindən təşkil edilib.

İclasda Azərbaycanla yanaşı, texniki komitəyə üzv olan digər ölkələrin müvafiq standartlaşdırma qurumlarından 40-a yaxın nümayəndə iştirak edib.

İclas zamanı qablaşdırma sahəsində terminologiya və təriflər, texniki xüsusiyyətlər, performans tələbləri, sınaq üsulları, eləcə də əlaqəli texnologiyaların tətbiqi ilə bağlı standart layihələri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
azertag.az

2Источники