RU

Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”


ABŞ prezidenti Donald Trampın seçkiqabağı çıxışlarında Rusiya prezidenti Vladimir Putini hədələdiyi iddia edilib. İddialara görə, Tramp Putini Moskvanı bombalamaqla təhdid edib.

İddialara görə, Tramp Rusiyanı müharibədən əl çəkməyə inandırmaq üçün Moskvanı bombalamaqla hədələyib.

“CNN İnternational”ın məlumatına görə, Trampın Nyu-York və Floridada bağlı qapılar arxasında etdiyi çıxışların səs yazıları ortaya çıxıb. Yazılara görə, Tramp Rusiya prezidenti Putini Ukraynaya hücumdan çəkindirmək üçün onu cavab zərbəsi ilə hədələyib.

"Putinə dedim ki, "Ukraynaya girsən, Moskvanı bombalayacağam. Başqa seçimim yoxdur". Putin isə mənə “sənə inanmıram” cavabını verdi. Amma məncə o, mənə 10 faiz inanmışdı” – deyə Tramp bildirib.

Tramp Tayvanla bağlı Çin Dövlət Başçısı Xi Çinpinə də bənzər bir xəbərdarlıq etdiyini açıqlayıb: “Mən ona “Tayvana hücum etsəniz, Pekini bombalayacağıq” dedim. O, məni dəli hesab etdi, amma sonra heç bir problemimiz olmadı”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2024-cü il noyabrın 5-də seçki kampaniyası zamanı Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia etmişdi.

TAHİR

Избранный
23
baki-xeber.com

1Источники