RU

Formula 1 2026-cı il təqvimində dəyişiklik edib


Formula 1 2026-cı il təqvimində dəyişiklik edib, Azərbaycan Qran Prisinin tarixi yenilənib. baki-xeber.com-un məlumatına görə,əvvəlcə sentyabrın 25–27-də keçirilməsi planlaşdırılan bu yarış Formula 1 təşkilatçılarının yeni qərarına əsasən sentyabrın 24–26-na keçirilib. Bu dəyişiklik Azərbaycan tərəfinin – yarışın yerli promouteri və müvafiq dövlət qurumlarının müraciətindən sonra edilib. Belə ki, ilkin tarix sentyabrın 27-də qeyd olunan Anım Günü ilə üst-üstə düşürdü.

Yarışın yeni tarixə keçirilməsi qərarı FİA (Beynəlxalq Avtomobil Federasiyası) və Formula 1 ilə əməkdaşlıq çərçivəsində qəbul olunub. Yeni tarix ölkənin əhəmiyyətli matəm günü ilə uzlaşmaq məqsədi daşıyır. 2025-ci il Formula 1 Azərbaycan Qran Prisi isə sentyabrın 19–21-də keçiriləcək. Üç gün ərzində üç məşq sessiyası, sıralama turu və əsas yarış baş tutacaq. 2024-cü il Azərbaycan Qran Prisi isə sentyabrın 13–15-də Bakıda təşkil olunmuşdu. Bu yarışın qalibi “McLaren” komandasından avstraliyalı pilot Oskar Piastri olub.

Azərbaycan Qran Prisi ilk dəfə 2017-ci ildə keçirilmiş və o vaxtdan bəri Bakı Şəhər Halqasında baş tutur. Bu tras məşhur F1 tras memarı Herman Tilke tərəfindən layihələndirilib. Bakı Şəhər Halqası uzunluğu 6 kilometr olan bir küçə trasıdır və 20 döngədən ibarətdir. Tras həm yüksək sürətli düz yolları, həm də texniki çətin hissələri ilə seçilir. Bu, pilotlar üçün daimi çağırış yaradır və Bakı trası artıq təqvimdəki ən sürətli traslardan biri kimi tanınır.

Nərgiz QƏHRƏMANOVA
Azərbaycan Universitetinin
Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi

Избранный
25
baki-xeber.com

1Источники