2025-ci ilin ilk 6 ayında ümumi 174 transplantasiya əməliyyatı icra edilib.
News24.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 47-i böyrək, 30-u qaraciyər, 16-ı sümük iliyi, 81-i isə buynuz qişa əməliyyatı olub.
Xidmətlərdən 21-i uşaqlara, 153-ü böyüklərə aid olub.
Mərkəzin məlumatına görə, cari ilin ilk 6 ayı ərzində icra olunmuş transplantasiya əməliyyatlarının yaş qruplarına görə bölgüsü aşağıdakı kimidir:
“Böyrək transplantasiyası üzrə ümumilikdə 47 əməliyyat həyata keçirilib. Onlardan 1-i uşaq, 46-sı isə böyüklərə aiddir.
Qaraciyər transplantasiyası üzrə 30 əməliyyat icra olunub. Bunlardan 4-ü uşaq, 26-ı isə böyüklər üzərində aparılıb.
Sümük iliyi transplantasiyası üzrə 16 əməliyyatın 15-i uşaqlar, 1-i isə böyük şəxs üçün icra olunub.
Buynuz qişa transplantasiyası üzrə həyata keçirilən 81 əməliyyatdan 1-i uşaq, 80-i isə böyüklərə aiddir".
Bildirilib ki, transplantasiya əməliyyatları daha çox 40-65+ orta yaşlı və yaşlı pasiyentlər üzərində həyata keçirilib.