RU

Sumqayıtda quldurluq edən şəxs saxlandı


Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

NAMİQ

Избранный
157
16
baki-xeber.com

10Источники