RU

Pakistan Rusiyadan nüvə energetikası sahəsində təkliflər gözləyir - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Pakistanın Baş nazirinin sənaye məsələləri üzrə xüsusi köməkçisi Harun Axtar Xan TASS-a verdiyi açıqlamada bildirib ki, İslamabad nüvə energetikası sahəsində Rusiya tərəfinin təkliflərini gözləyir.
"Bildiyiniz kimi, biz nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin təşviqini vacib hesab edirik. Hazırda isə biz enerji daşıyıcılarının qiymətləri ilə bağlı ciddi problemlə üzləşirik. Nüvə enerjisi isə ən ucuz enerji mənbələrindən biridir. Buna görə də biz bu sahədəki imkanları və potensialı araşdırmaq istərdik. Məncə, artıq bu məsələ müzakirə olunur", - deyə o bildirib.
Harun Axtar Xan əlavə edib ki, ölkədə enerji daşıyıcılarına çəkilən xərcləri azaltmaq istəyirlər: "Bu, Pakistanda biznes fəaliyyətinə ciddi maneə yaradır. Şübhəsiz ki, biz bu sahədə əməkdaşlıq imkanlarını səbirsizliklə gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники